Blogger tarafından desteklenmektedir.
RSS

Ölmədiyi düşünülən məhşurlar

Maykl Cekson - 2009-cu ildə ürəyini ani durması ilə siyahıda gələn ilk məhşur. Aparılan ekspertiza nəticələrinə görə, Maykl Ceksonun əsl ölüm səbəbi anesteziya dərmanları olduğu bildirildi. Ölümündən bir müddət sonra, yaşadığına dair söz-söhbətlər yayılmağa başladı. Bunun da əsas səbəbi kimi, məhşur CNN kanalına Dave Dave adlı bir adda qatılması oldu.
Uels şahzadəsi Diana - Məhşur Britaniya Krallıq ailəsinin üzvü olan Diananın ölməsi yox, ölümündən sonra bir əlil arabasında və qucağında bir körpə ilə gəzməsi daha məhşur müzakirə olmuşdu.
Dan Kuper - məhşur təyyarə qulduru. Amerikanın gizli qalan, hələ də açıqlana bilinməyən tək təyyarə qaçırılmasının baş qəhrəmanıdı. 24 noyabr 1971-ci ildə qaçırdığı təyyarəyə görə tələb etdiyi 200 000 dolları aldıqdan sonra, paraşütlə təyyarədən enmiş və bir daha görülməmişdir. FBI və bir çox insanlar onun yaşadığına inandığını bildiriblər.
Ameliya Erhat - o, Atlantik okeanı təkbaşına keçə bilən ilk qadın pilotdur. Sakit okeanda gözdən itən Erhatın öldüyü deyilsə də, Yaponiya tərəfdindən qaçırıldığı bildirilir. Hətta ölümündən sonra Yaponiyada görüldüyü dü fərziyyələr arasındadı.
Xese Ceyms - 1948ci ildə, 100 yaşlı Frank Dalton 66 il bundan qabaq rəsmi qaynaqlara görə, Robert Ford tərəfindən öldürülən adamın Xese Ceyms olduğunu demişdi. Ayrıca qanundan kənarlaşmaq üçün, özü yerinə, Çarli Biqlyunu öldürtdüyünü bildirmişdi. 1995-ci ildə Ceyms məzarında aparılan DNT analizi nəticəsində Ceymsin Ford tərəfindən öldürüldüyü təsdiqlənmişdi.
Adolf Hitler - Məhşur alman zabitinin ölümü haqqında müxtəlif söyləntilər var. Məsələn, bəzi iddialara görə, Hitler Almaniya müharibədə məğlub olandan sonra arvadı ilə birgə intihar etdiyini bildirdi. Lakin, SSRİ lideri Stalin onun yaşadığını və Argentinaya qaçdığını, hətta orda görüldüyünü bildirmişdi. Buna baxmayaraq, bəzi rus ekspertlər Hitlerin və arvadının qalıqlarını taparaq, ekspertizaya aparmış və alınan nəticəyə əsasən, qalıqların Hitlerə və arvada aid olduqlarını bildirmişdilər.
Cim Morrison - Bu insanın ölümü haqqında məhşur iddialar var. Ölüm raportunda onun ürək tutmasından yox, ifrat dərəcədə narkotikdən və alkoqoldan öldüyü bildirilir. Bu əsnada, onun öldüyü həftəsonunda bir təyyarəyə mindiyi də, onun yaşadığını qüvvətləndirən bir fərziyyələrdən biri idi. 1973-cü ildə, qrup yoldaşı Ray Manzarkın verdiyi müsahibədə, onun necə öldüyünü, ölüb-ölmədiyini və ya kiminsə öldüyünü gördüyünü soruşduğu bildirildi.
Elvis Prisli - Məhşur pop ulduzunun yaşadığı haqqında iddialar da olmuşdu. Prislinin sevdiyi məhşur yazıçı Hyuq Şenfildin məhşur "Passover Plot"dan təsirləndiyi bildirilmişdi. Kitapda İsa peyğəmbərin ölmədiyini, sadəcə müvəqqəti dərman içərək, özünü ölü kimi göstərdiyi qeyd olunmaqdadı. Dərmanlarla arası yaxşı olan Prislinin müvəqqəti dərmanlar qəbul etdiyi də bildirilir. Ayrıca bir televiziya proqramında göstərilən "Kim Elvisə bənzəyir?" yarışmasına qatıldığı da qeyd olunub.
Tupak Şakur - Məhşur rep ustasının 1996-cı ildə silahlı hücuma məruz qalaraq öldürülsə də, cinayət açıqlığa qovuşmadığı üçün, yaşadığı haqqında iddialar başladı. Onun bir çox fanatları repçinin yaşadığına inanır və iddia edir. Belə düşüncələrinin əsas səbəbi kimi, ölümündən sonra, 8 albomunun işıq üzü gördüyünü və hətta, "Blasphemy" adlı mahnısında Tupakın "Qardaş vurulur və geri dirilmiş olaraq dönər" sözləri bu ölümə şübhə yaradır.
Ahmet Kaya - Məhşur türk musiqiçisinin 2000-ci ildə Fransada öldüyü açıqlansa da, onun da ölümündən sonra albomlarının və sinqllarının işıq üzü görməsi bir çox şübhələr yaratmışdı.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 Şərh:

Yorum Gönder