Blogger tarafından desteklenmektedir.
RSS

Facebook


Yaranması

2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq Facebook sosial şəbəkəsini yaratmaq fikrinə düşdü. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı, aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon dollar olurdu.
Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait qoydu. Bununla durmadan irəliləmə də əldə edildi. 2010-cu ilin oktyabrında Microsoft şirkəti "Facebook"un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011–ci ilə kimi Facebookda edilən reklam xidmətləri də daxildir.

Facebook Azərbaycan dilində

"Facebook"un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. İkinci mərhələdə "Facebook"un özü tərcümə olundu. Bu mərhələ hələ də başa çatmasa belə, artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə "Facebook"u bu dildə istifadə edə bilərlər.
"Facebook" "Translations Apps" tətbiqetməsi çərçivəsində istifadəçilər xidməti səhifələrin mətnlərini və saytın menyusunu tərcümə edir, administrasiya isə tərcümənin nəticələrini yoxlayır və üslubun dəyişilməz qalmasına nəzarət edir. İnterfeysin ayrı-ayrı elementlərinin ən yaxşı variantları səsvermə yolu ilə müəyyən olunur.
Hal-hazırda tərcümənin çox pərakəndə şəkildə aparılması, tərcümədə hər kəsin asanlıqla iştirak edə bilməsi (ingilis və Azərbaycan dili səviyyəsindən eləcə də tərcümə təcrübəsindən və "xoşniyyətli" olub-olmamasından asılı olmayaraq) və mərkəzi bir idarə sistemi olmaması bəzi məqamlarda tərcümənin keyfiyyətini düşürür. [1]

"Facebook"da qeydiyyatdan keçmiş ilk 20 şəxs

Həmin şəxslər hazırda "Facebook"da ilk qeydiyyatdan keçənlər olaraq texnologiya tarixinə düşüblər.
İlk qeydiyyatdan keçənlər:
20. Co Qrin - Qrin əvvəldən "facebook"la bağlı olub. O, Zukerberqə "Facebook"un ilkin forması olan "Face Mash"-in hazırlanmasında kömək edib. Lakin sonralar "Face Mash" Co və Zukerberq üçün problemə çevrilib. Buna görə də Conun atası oğlunun Zukerberqlə işləməsinin əleyhinə idi. Buna baxmayaraq, Co Mark hazırda bütün dünyada məşhur olan şəbəkəni istifadəyə buraxdıqda onun yanında olan azsaylı insanlardan biri idi. Hazırda Co "FWD.us"-ın həmtəsisçisidir.
19. Eduardo Saverin - Saverin Zukerberqin varlı dostu idi. O, ilk vaxtlar Zukerberqə şirkətini maliyyələşdirməkdə kömək edirdi. Eyni zamanda Eduardo "Facebook"un reklamı ilə məşğul olurdu. "Facebook"da həmtəsisçi statusunun saxlanılması ilə bağlı məhkəmə işini udduqdan sonra Saverin start-up-ların maliyyələşdirilməsinə başlayıb.
18. Eboni Hazl - Eboni 2002-2006-cı illərdə Harvardda təhsil alıb. O, Mark Zukerberqlə elə həmin vaxtlarda dostluq edirdi. Buna görə də Eboni şəbəkədə qeydiyyatdan keçmiş ilk insanlardandır. Hazırda Eboni “Gibson Dunn & Crutcher”in əməkdaşıdır.
17. Alana V.Devis - Devis də həmçinin, Zukerberqlə Harvarddan tanış idi, odur ki, o da Eboni kimi ilk istifadəçilərdəndir. Hal-hazırda Alana “Google”da işləyir.
16.Devid Hammer - Devid Harvardın keçmiş tələbələrindən idi və Facebookun digər istifadəçiləri, o cümlədən, Zukerberqlə tanış idi. Harvardı bitirdikdən sonra Devid “Google”da işə başlayıb. Eyni zamanda o, “Emissary.io” şirkətinin əsasını qoyub.
15. Devid Cekus - Cekus da 2006-cı ildə Harvard Universitetini bitirib. Bundan sonra o, Nyu-Yorka köçmüş və “Aquiline Advisors”da analitik kimi işə başlayıb.
14.Kolin Cekson - Cekson Facebook haqda ilk dəfə şəxsi qrupu AEPİ-dən xəbər tutmuşdur. Zukerberq özü də bu qrupun üzvü idi. Cekson Rokfeller Universitetində elmi işçi olmuşdur. Hal-hazırda isə "Tufts"da tibbi öyənir.
13. Kang-Xing Jin - Jin də Harvardda təhsil alıb və Zukerberqlə ən azı iki eyni dərsə girirdi. O cümlədən, Jin Facebookun hazırlanmasında Marka kömək edib. Jin "Facebook"a universiteti bitirdikdən sonra, 2006-cı ildə qoşulub. Hazırda Jin "Facebook"da texniki direktordur.
12. Sara Qudin - Sara Facebooka qoşulmuş ilk qız idi. Sara da Harvardda təhsil almış, Markın otaq yoldaşı, Samur Layne ila dostluq edib. Hazırda Sara Kaliforniya İncəsənət Kollecində fəaliyyət göstərir.
11. Samur Layne - Samur Zukerberqin otaq yoldaşı idi. O, idmançı idi. Samur və Mark bəzən bütün gecəni PlayStation oynamaqla keçirirdilər. Layne 2012-ci il Londonda Olimpiya oyunlarında iştirak edib. Hal-hazırda o, kitab yazır və Haitida uşaq evlərinin tikilməsinə kömək edir.
10. Zak Berku - "Facebook" haqqında ilk dəfə AEPİ- dəki keçid vasitəsilə öyrənib. Harvardı bitirdikdən sonra Zak bir il İsraildə yaşayıb. Hazırda Zak Nyu-Yorkda rentgen şöbəsində işləyir.
9. Manuel Antonio Aqilar - Manuelin otaq yoldaşı Mark Kaqanoviç Mark Zukerberqlə riyaziyyat dərslərinə girirdi, o da Manuelin "Facebook"a qoşulmasında vasitəçilik edib. Hal-hazırda Manuel iki start-up-ın banisidir. Eyni zamanda o, "Cassa" tikinti şirkətinin prezidentidir.
8. Andrey Boros - Andrey hazırda Londonda yaşayır və "Capeview Capital" şirkətində işləyir.
7. Mark Kaqanoviç - Kaqonoviç Zukerberqlə birlikdə riyaziyyat dərslərinə girirdi. 2013-cü ildə Kaqanoviç Stendford Universitetinin doktorluq dərəcəsini alıb. Hal-hazırda Mark SolveBio şirkətinin təsisçisi və icraçı direktorudur.
6. Kolin Kelli - Kelli son üç ili vəkil kimi fəaliyyət göstərib.
5. Endryu Makkolam - Endryu da Harvardı bitirmiş və Markla birlikdə “Əməliyyat sistemləri” dərslərinə girib. Zukerberq Makollamdan "Facebook"un ilk loqotipini hazırlamağı xahiş edib.
4. Arie Hasit - Hasit hal-hazırda İsraildə yaşayır və yerli dini qruplardan birinin mənəvi lideridir.
3. Dastin Moskovits - Dastin Harvarddakı tələbəlik illərində Zukerberqin otaq yoldaşı olub. O, hazırda "Asana"nın həmtəsisçisidir və texnoloji start-up-ların maliyyələşdirilməsi ilə məşğuldur.
2. Kris Hyuz - Hyuz Facebookun həmtəsisçilərindən biri və Markın otaq yoldaşı olub. Hazırda Hyuz dünyanı dəyişdirmək üçün sosial mediadan istifadə etməyə çalışan Jumo start-up-ın banisidir.
1. Mark Zukerberq - Zukerberq dünyaca məşhur Facebookun yaradıcısıdır. Hazırda "Facebook"da fəaliyyət göstərir[2].

İstinadlarJump up

  1. Jump up http://publika.az/p/19185

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 Şərh:

Yorum Gönder