Blogger tarafından desteklenmektedir.
RSS

Necə xarizmatik olmaq olar? (18 Qızıl Qayda)

18 Adımda Karizmanızı 10 Kat Arttırın
İndiki dövrdə hər kəs fərqli görünmək istəyir. İstər qız, istərsə də oğlan. Ən çox da oğlanlar. Sizlərə istərdim internetdən araşdırıb, yığdığım "qızıl qaydaları" çatdırım. Buyuraq, oxuyaq:
1) Aparılan araşdırmalara görə, xarizmatik olmaq üçün, mütləq yaraşıqlı olmaq lazım deyil. Davranışları idarə etmək və nəzarətdə saxlamaq lazımdır.
2) Davranışlarınız ağır gəlsə də olar. Amma siz öndən gedin. Gedərkən ağır-ağır, çaxnaşma etmədən, 90° göz atarak gedən. Durduğunuzda o ağır duruşunuzu göstərin.
3) Bəzən təcili işiniz çıxar və bu hərəkətlərə az zamanınız ola bilər. Həyəcanlı və çaxnaşma halınızı sevgilinizə bəlli etməyin. İşləriniz kələ-kötür ola bilər. Elə davranın ki, sanki hər şey nəzarətiniz altındadır. Tez-tüz saatınıza baxın və "bəli, tam vaxtında" deyin!
4) Gərəksiz, yeri olmayan jest və mimikalarınızı tərgizin. Əl hərəkətlərinizi minimuma endirin. Çünki bu cür hərəkətləriniz qarşınızdakı insanda, öz bədəninizə tam nəzarət edə bilmədiyiniz ideyasını oyandıracaq.
5) Şitliyi, həddən çox zarafatcıllığı xarizmatiklik əlaməti olaraq zənn etməyin. İncə ruhlu olun. Çöldə adamlığınızı, içəridə kişiliyinizi göstərin. Qızlarla çox mübahisə etməyin, icazə verin, o qalib gəlsin. Yumşaq davranın. Əgər qarşınızdakı insan xarakterli və keyfiyyətli xasiyyət sahibidirsə, ona etdiyiniz bir yaxşılığı, sizə 10 qat daha artıq qaytaracaq. Əgər çox ərköyünlük edirsə, bilin ki, o insan sizə görə deyil. Çünki qarşınızdakı insana dəyər verirsinizsə, mütləq o dəyəri geri almalısınız.
6) Əgər təsirləndirici bir danışıq istəyirsinizsə, keçin güzgünün qabağına və danışmağa başlayın. Bu elmi tərəfdən sübut olunan bir kriteriyadır.
7) Əgər həqiqətən xarizmatik olmaq istəyirsinizsə, qarşınızdakı insanın düşündüklərinə, şüuraltına və hisslərinə təsir etməlisiniz. Bu yolda siz yanınıza bəlkə də bir çanta dolusu saxtakarlıq və riyakarlıq almış olacaqsınız. Etikaya fikir verməyin.
8) Qarşılıqlı bir stolda oturarkən, çalışın mafiya atası kimi oturun. Bu rahat oturuşunuzun o insanın şüuruna inam, güvən olaraq həkk olunacaq. Rahat olun və qollarınızı ola bildiyi qədər açın. Azca çiyinlərinizi qabardın, amma özünüzü çox sıxmayın.
Yadda saxlayın: Sevgilinizin sizinlə əlaqədar qərarları, ön mühakimələri, düşüncələri şüuraltında yığılır. Sizə qarşı rəftarının 84%-i onun şüurunda formalaşır.
9) Telefonda "Alo" deyərkən belə sevgilinizdə xarizmatik bir hiss yarada bilərsiniz. Telefonu içdən və coşğu ilə açıb, cavab vermək xarizmatik olmağınızı heçə endirər. Diqqətlə telefona gələn zəngə cavab verib, qarşınızdakının kim olduğunu biləndən sonra, səs tonunuzu dəyişdirmək, o insana özünü özəl hiss etdirməyə şərait yaradar. Aparılan araşdırmalara görə, əvvəl "Uyğunsanmı?" deyə soruşmaq, gələn zənglərə çox gec cavab verməmək də xarizmaya dəstək olur. Ən yaxşı nəticəni almaq üçün isə, əvvəlcə zəng gələrsə ayağa qalxmaq, gözləri bağlamaq və gülümsəmək həm daha enerjili olmağa, həm də diqqətli olmağa imkan verər.
10) Əl sıxışma sehri. İnsanlar üçün ümumilikdə hiss edilən və görülən ən önəmli kriteriya geyimdən əvvəl, özündən əmin şəkildə əllə salamlaşmağıdır. Əlləri beşbarmaq digərlərindən ola bildiyi qədər uzaqda qalacaq şəkildə açaraq, ilk salam vermək, xarizmanın bir növüdü.
11) Hər cümlənin sonunda qəsdən səs tonunuzu aşağı salın. Davamlı başınızı yelləyərək dinləyin və sözə başlamadan öncə mütləq 2 saniyə gözləyin.
12) Aksessuarlar, sizdən aldığının on mislini sizdən alsa da, qat-qat artığını sizə qaytarar. Bununla da xarizmanıza daha da rəngarənglik qata bilər. Təbii ki, hər şeyin bir bədəli var: bahalı və keyfiyyətli qol saatı, eynək və parfümeriyanız olsun.
13) Xarizmanızın sərhədini açmaq üçün, mütləq BMW-izin açarları mütləq stolun üstündə olmalıdı. Çirkin kişi yoxdu: BMW-si olmayan kişi yoxdu. Bir alman avtomobilinin sizə əlavə edəcəyi bir şey yoxdu. Boyunuz olduğundan uzun görsənər və yaraşıqlı, xarizmatik olmağınıza şərait yaradar.
14) Kitab oxuyun və ya hansısa məhşur bir köşə yazarını izləyin. Gündəlik həyatınızda bu sözlərdən istifadə edin. İntellektual olmağınız bir çox sapsoseksual qızların marağına səbəb ola bilər. Qızı tapdıq bəs bu sapsoseksual qızlar qaldımı? Elə deməyin. Qızların 80%-i elədir. Sadəcə elə olduqlarının fərqində deyillər.
15) Səhnə işıqlarını başqalarına yönləndirin. Qoy onlar aktrisa olsunlar və siz münsif olsun. Burada əhəmiyyətli bir mötərizə açaq. İnsanlar sizi övgünüz üçün təqdir etməyəcəklər, onun etdikləriylə nə qədər maraqlandığınızı gördükləri üçün təqdir edəcəklər. Bu sayədə qarşınızdakı insanın hisslərinə xitab etmiş olacaqsınız.Unutmayın insanlar məlumatları unudar, lakin hiss etdiklərini əsla unutmaz.
16) Harda gəldi hər şey üçün üzr istəməyin. Çünki siz içinizdən gələn hərəkəti sərgiləmisiniz. Davranışlarınızda qərarlı olmanız qarşı tərəfin xoşuna gedəcək. Təbii ki, ağını çıxartmadığınız müddətcə ...
17) Qızların düşüncələri sizin düşüncələrinizə görə dəyişər. Qarşınızdakına müsbət bir enerji verin. Ünsiyyətin 90%-ı qarşınızdakı insana verə biləcəyiniz enerjidən ibarətdir.Bu karizmatixlik qalxmaz, amma bu sayədə cazibədar bir kişi ola bilərsiniz.
18) Sevgilinizə boş söhbətlər edəcəksinizsə, heç danışmayın. Əlaqənizdə çox danışan tərəf siz olmayın. Sözləriniz qızıl dəyərində olmalı; bu dəyərin yolu isə sükuttan keçər.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 Şərh:

Yorum Gönder