Blogger tarafından desteklenmektedir.
RSS

Dünəndən bu günə virtual dünyada azərbaycanlılar!

Müasir dövr (XXI əsr - red) texnologiya dövrü hesab olunur. Həqiqətən də indiki dövrdə telefonlarsız, planşetlərsiz, kompütersiz və ələlxüsus internetsiz bir gün təsəvvür etmək, bəlkə də qorxunc hesab olunur. İnternet bir insanın intellektual, dünyagörüşlü bir insan kimi formalaşmasında çox böyük rol oynayır.
Gəlin bir anlıq, əvvəlki illərə qayıdaq və fikirləşək ki, biz o zaman nə edirdik? Başlayım Sizlərə, 2008-09-cu illərdən. O vaxtı məhşur çatlar (chat) və vap-çatlar (wapchat) var idi. Hansı ki, o sivilizasiya Azərbaycana çatdı və özünəməxsus "inkişaf" yolu keçməyə başladı.
Yeni-yeni genderlər peyda olmağa başladı. Zümrüdlər, Aysellər, Aytənlər və s. O cümlədən Azərbaycanda da kifayət qədər məhşur türk serialı olmuş, "Aşka Sürgün", "Kurtlar Vadisi", "Kurtlar Vadisi Pusu", "Kaybolan Yıllar", "Yaprak Dökümü" və s. Düşünmək olardı ki, həmyerlilərimiz bu serialların qəhrəman personajlarını özlərinə ləqəb (nickname) kimi seçəcək, amma başqa tendensiya yarandı. Bizim "intellektual" gənclərimiz yeni-yeni adlar, ləqəblər kəşf elədilər. Elə kəşf elədilər ki, Xristofor Kolumb belə Amerikanı belə kəşf edə bilməzdi. Mənalı niklər: "Aşka Padnoşka", "Kaybolan Corablar", "Kişilər Vadisi", "Yarpaq Dolması", "Pomidor Yumurta" və s. kimi ləqəblər. Çatda qızlar da maraqlı platforma qurdular. 
20 manatlıq kontura özünü reklam eləyən kim, super nik və ya adminka almaq üçün tanımadığı, amma çatda "admin" olan oğlanla görüşən kim və s. Bu tip insanların yeni versiyaları da yarandı. Emolar. Həqiqətən də gəncliyimiz tərsinə inkişaf edirdi. Bu barədə saatlarca danışmaq olar, amma bu sadəcə vaxt və sağlamlıq itkisi olar.
Bu əsnada (2010-cu il) məhşur Facebook sosial şəbəkəsi ölkəmizə təşrif buyurdu. Facebook çatların ən orijinal və püxtələşmiş və sosiallaşmış versiyası oldu. Elə indi də 10 milyonluq xalq tərəfindən seçilir və istifadə edilir. Düşünmək olardı ki, gənclərimiz bu sosial şəbəkə vasitəsilə yeni-yeni biliklərə yiyələnəcəklər. Bu mülahizə, cəmi 10% özünü doğrultdu.Çünki o məhşur Aykalar, Zaykalar, Çolkalılar da Facebookda aktivləşdilər. Yeni-yeni ləqəblər meydana gəldi. Normal bir insan Facebookda qeydiyyatdan keçərkən, ad və soyad yerinə öz normal adını yazdığı halda, digər "istifadəçi"lər də göstərdilər ki, nəinki ad, soyad, maraqlı adlar da yazmaq olar. Məsələn, Qəm Eləmə Bratım, Belədi Həyatım, Kapriznaya Dəlişka, Ayka Namaz Qılanka, Varlı Papanın Kasıb Balası, Özüm Krutoy, Sözüm Zalatoy və s.
Artıq 2016-cı ildir. Biz yaxın keçmişdə öz peykimizi də Aya göndərdik. Çox şey elədik, hətta hər şeyi elədik. Bircə bu şeyləri tarixə göndərə bilmədik. Varsa belə biri, bir zəhmət onları da yaddaşa qovuşdursun. Dərin hörmətlə...

Zeynal Zeynallı

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 Şərh:

Yorum Gönder